Rusiyalı model Ermənistanı “Kainat gözəli 2024” müsabiqəsində TƏMSİL ETMƏYƏCƏK – FOTOLARbackend

Rusiyalı model Ermənistanı “Kainat gözəli 2024” müsabiqəsində TƏMSİL ETMƏYƏCƏK – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı model İrina Zaxarova Ermənistanı “Kainat gözəli 2024” müsabiqəsində təmsil etməyəcək.

İnterpress.az xəbər verir ki, bu barədə “Miss Universe Armenia” müsabiqəsinin təşkilatçılarının sosial şəbəkələrdə dərc olunan rəsmi bəyanatında məlumat verilib.

Bildirilir ki, “Miss Universe Armenia 2024” seçilən 31 yaşlı İrina Zaxarova Ermənistanı noyabrda Meksikada keçiriləcək “Dünya gözəli” müsabiqəsində təmsil etməyəcək.

“Təəssüflə bildiririk ki, “Miss Kainat Ermənistan” müsabiqəsinin qalibi İrina Zaxarova “Kainat gözəli” müsabiqəsində iştirak etmək üçün Meksikaya gedə bilməyəcək.

Hazırlıqda uzun bir yol qət etmişdik və hamı uğurla çıxış etmək əzmində idi. Lakin ailə vəziyyətinə görə İrina iştirakdan imtina etmək qərarına gəlib”, – məlumatda deyilir.

İrina Zaxarovanın Ermənistanı “Miss Universe” müsabiqəsində təmsil etməli olduğu faktı sentyabrda məlum olub. Bu xəbər sosial şəbəkələrin erməni seqmentində narazılıq yaradıb, istifadəçilər Ermənistanı rus modeli deyil, erməni qızı ilə təmsil etməli olduğuna diqqət çəkiblər.

Xuraman Etibarlı

İnterpress.az