“Krokant” konfetinin içərisində “SÜRPRİZ” – VİDEObackend

“Krokant” konfetinin içərisində “SÜRPRİZ” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada qadın “Krokant” konfetinin içərisində paslanmış məftil tapıb.

İnterpress.az xəbər verir ki, bununa bağlı sosial şəbəkələrdə video yayılıb. Görüntülərdə Moskva sakini olan qadın konfetin içərisində tapdığı dəmir teli nümayiş etdirir.

O, “Krokant” konfetindən tapdığı teli az qala udacaqdı.

“Bir dəmir parçası tapdım, ağzımdan çıxardım! Həyat üçün təhlükəlidir!”, – deyə qadın bildirib.

Qadın artıq Rospotrebnadzor-a ərizə yazıb və məhkəməyə müraciət etməyi planlaşdırır.

“Krokant” – azərbaycanlı müştərilərə də çox tanış olan əzilmiş badam əlavə edilmiş xırtıldayan karamelli konfetlərdir.

Xuraman Etibarlı

İnterpress.az