Kim Çen Inın bacısı Cənubi Koreya və Ukraynanı TƏHQİR ETDİbackend

Kim Çen Inın bacısı Cənubi Koreya və Ukraynanı TƏHQİR ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kim Çen Inın bacısı Cənubi Koreya və Ukraynanı itlərlə müqayisə edib.

İnterpress.az xəbər verir ki, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini və Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çenq Cənubi Koreya və Ukraynanın “eyni olan iki damcıya” bənzədərək, hər iki dövləti “ABŞ tərəfindən yetişdirilmiş tərbiyəsiz itlər” adlandırıb.

“Nüvə silahı olan dövlətlərə qarşı təlaşa salan, yalvaran və geri dönməz gülünc cəfəngiyyatlar səsləndirməyə cəsarət edən Seul və Kiyevin davranışlarına baxsaq, onlar iki damcı kimi eynidirlər. Birləşmiş Ştatlar tərəfindən yetişdirilən pis cins itlərə xas olan bu ümumi xüsusiyyətləri biz səsləndirməliyik”, – Yo Çenq deyib.

Xuraman Etibarlı

İnterpress.az