İsrail ordusu Qəzzada ən azı 18 HƏMAS və “İslami Cihad” yaraqlısını məhv edib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, İsrail ordusu Qəzza zolağının şimalında ən azı 18 HƏMAS və “İslami Cihad” yaraqlısını məhv edib.
Onların İsrail ordusunun qüvvələrinə və İsrail vətəndaşlarına qarşı terror əməliyyatlarının planlaşdırılması və aparılması üçün istifadə edilən komanda-nəzarət kompleksində fəaliyyət göstərdikləri qeyd olunur.
Xuraman Etibarlı
İnterpress.az