Yamalda məktəbdə bir şagird pnevmatik silahdan atəş açıb, xəsarət alan olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, hadisə bir gün əvvəl Yamalda Qubkinskidəki 9 saylı məktəbdə baş verib.
Yeniyetmə pnevmatik tapançanı binaya gətirib. Metal detektor çərçivələri onun üzərində işləməyib. Tənəffüs zamanı oğlan sinif yoldaşları ilə tualetə gedib. Orada atəş açmağa başlayıb.
O, şagirdlərdən birinin ayağına vurub. Zərərçəkənə yerindəcə tibbi yardım göstərilib. Fakt araşdırılır.
Xuraman Etibarlı
İnterpress.az