Rusiyada siqaret və qəlyan satışı qadağan edilə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Rusiya 2009-cu il dekabrın 31-dən sonra doğulan hər kəsə siqaret və qəlyan satışını qadağan edə bilər.
Müvafiq qanun layihəsi hazırlanıb və baxılması üçün hökumətə göndərilib.
Media aydınlaşdırır ki, Səhiyyə Nazirliyi sənədin yekunlaşdığı təqdirdə onu dəstəkləməyə hazırdır.
Bir neçə idarə bunun əleyhinədir. Maliyyə Nazirliyi hesab edir ki, qanunun qəbulu yetkinlərin konstitusiya hüquqlarını məhdudlaşdıracaq və saxta malların istehlakını artıracaq.
Xuraman Etibarlı
İnterpress.az