Zəngəzur dəhlizi Azərbaycanın əsas ərazisi ilə Naxçıvan bölgəsini birləşdirir, bura Azərbaycanın anklavıdır, Heydər Əliyevin doğulduğu yerdir.
İnterpress.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markov öz sosial media hesabında yazıb.
Politoloq Zəngəzur bölgəsinin Azərbaycan torpağı olduğunu vurğulayaraq, strateji əhəmiyyətindən bəhs edir.
“Zəngəzur dəhlizi Azərbaycanın əsas ərazisi ilə Naxçıvan bölgəsini birləşdirir, bura Azərbaycanın anklavıdır, Heydər Əliyevin doğulduğu yerdir.
Sovet vaxtı orda həmişə yol olub. Amma indi bu yolu Ermənistan bağlayıb. Ermənistan bu bölgəni Sünik rayonu adlandırır. Azərbaycan isə buna Qərbi Zəngəzur deyir. Şərqi Zəngəzur isə Azərbaycan ərazisindədir.
Zəngəzur dəhlizi Azərbaycan üçün çox önəmlidir. Naxçıvanla quru və dəmir yolu əlaqələri yaratmağa imkan verir, həmçinin Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə.
Ermənistan bildirir ki, Azərbaycan üçün yolu açmağa hazırdır – amma erməni gömrüyü və sərhədçiləri ilə. Azərbaycan isə tələb edir ki, Azərbaycanın rayonları arasında gedən insanların və yüklərin Ermənistan gömrükçüləri və sərhədçiləri tərəfindən yoxlanılmamalıdır.
2020-ci ildə Soçidə Azərbaycan və Ermənistan Rusiya sərhədçilərinin Zəngəzur dəhlizində yerləşdirilməsinə dair razılığa gəliblər. Amma indi Ermənistan bundan imtina edir və ora ya özünün, ya da Fransanın ordusunu yerləşdirmək istəyir”, – Markov qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az