Danimarkalıların 90%-i Qrenlandiyanın ABŞ-yə verilməsinin əleyhinədir.
İnterpress.az xəbər verir ki, bu barədə “Ritzau” agentliyi “Voxmeter” sosioloji institutunun yanvarın 6-7-də keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat yayıb.
Danimarkalıların demək olar ki, 90%-i Qrenlandiyanın ABŞ-yə verilməsinin əleyhinə çıxıb.
Respondentlərin 89,2%-i “yox” deyib, 4,5%-i bu fikrə müsbət reaksiya verib, 6,3%-i isə cavab verməkdə çətinlik çəkib.
Xuraman Etibarlı
İnterpress.az