ABŞ-nin İraqda mövcudluğu qeyri-qanunidir və müqavimət tələb edir – Xameneibackend

ABŞ-nin İraqda mövcudluğu qeyri-qanunidir və müqavimət tələb edir – Xamenei

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin İraqda mövcudluğu qeyri-qanunidir və müqavimət tələb edir.

İnterpress.az xəbər verir ki,  İraqın baş naziri əl-Sudani ilə görüşdə İranın dini lideri Əli Xamenei ABŞ hərbçilərinin İraqda olmasını “qanunsuz və İraq xalqının və hökumətinin maraqlarına zidd” adlandırıb.

O, ABŞ-ın regionda öz mövqelərini gücləndirməyə çalışdığını vurğulayıb və “bu işğala qarşı qətiyyətli müqavimətin” vacibliyini qeyd edib.

Bundan əlavə, Xamenei qeyd edib ki, Suriyada vəziyyətin inkişafı həm də xarici dövlətlərin regional proseslərə cəlb olunmasından xəbər verir.

Xuraman Etibarlı

İnterpress.az