İnterpress.az Cəbhəinfo.az–a istinadən xəbər verir ki, Ərdoğanın qərarı “Resmi Gazete”də yayımlanıb.
Yeni səfir Azərbaycana nə zaman gələcək?
Məlumata görə, Birol Akgünün fevralın əvvəlində Azərbaycana gələrək vəzifəsinin icrasına başlaması gözlənilir.
Qeyd edək ki, professor Birol Akgün elmi və ictimai sahədəki töhfələri ilə həm Türkiyədə, həm də beynəlxalq səviyyədə tanınan şəxsdir. O, daha öncə Türkiyə Maarif Fondunun sədri olub.