Bişkekdə Leninin abidəsinin meydandan götürülməsi TƏKLİF OLUNDUbackend

Bişkekdə Leninin abidəsinin meydandan götürülməsi TƏKLİF OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bişkekdə Leninin abidəsinin “köhnə” meydandan götürülməsini təklif olunub.

İnterpress.az xəbər verir ki, bu ideyanı Qırğızıstan parlamentinin vitse-spikeri Nurbek Sıdıqəliyev irəli sürüb.

O, Bişkekdə Leninin abidəsinin “köhnə” meydandan götürülməsini təklif edib.

“2020-ci ildə köhnə meydana Turdakun Usubəliyevin adı verilib. Amma hazırda orada Leninin abidəsi var. Mən Leninin abidəsinin Usubəliyevin abidəsi ilə əvəz edilməsini təklif edirəm”, – vitse-spiker deyib.

Əvvəllər bu abidə şəhərin mərkəzi meydanı olan Ala-Tooda yerləşirdi. “Köhnə” adlanan meydana 2003-cü ildə köçürülüb.

Xuraman Etibarlı

İnterpress.az