Ukrayna və Rusiya arasında sülh razılaşması bir neçə ay və ya daha uzun çəkə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” yazıb. Nəşr ABŞ-nin yeni seçilmiş prezidentinin iki müşavirinə istinadən bildirir ki, sülh razılaşmasının əldə edilməsi üçün vaxt çərçivəsi bir neçə ay, bəlkə də bir az daha uzun müddət hesab edilir. Bbu da Trampın seçkidən əvvəl dediklərindən fərqlidir, o, müharibəni bir gündə bitirəcəyinə söz vermişdi.
Xüsusi nümayəndə Kelloq da əvvəllər sülh razılaşmasının əldə edilməsinin 100 günə qədər çəkə biləcəyini bildirib.
Beləliklə, Trampın müşavirləri Ukraynanın NATO-ya üzvlüyü ehtimalının ən azı yaxın gələcək üçün gündəmdən çıxarılması və hazırkı cəbhə xəttinin dondurulması ideyasını dəstəkləyirlər.
Məqalədə deyilir ki, Rusiya danışıqlara hazır olması ilə bağlı “qeyri-müəyyən” siqnallar verir. Putin isə mümkün qədər daha çox Ukrayna ərazisini işğal etməyə çalışdığı üçün sazişin bağlanmasını gecikdirmək həvəsinə malikdir.
Xuraman Etibarlı
İnterpress.az