Məmur tabutlardan xoşagəlməz qoxu gəldiyi üçün “müharibə qəhrəmanları”nın dəfn mərasimində iştirak etmir.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Krasnodar diyarının Kuban regionunun rəsmisi deyib ki, tabutlardan xoşagəlməz qoxu gəldiyi üçün “müharibə qəhrəmanları”nın dəfn mərasimində iştirak etmir. Bundan əvvəl o, ölən əsgərin anasını “axmaq heyvan” adlandırıb.
“Mən niyə bu analarla görüşməliyəm? Gedirəm, qarşılarında baş əyirəm və boş-boş danışıram. Həqiqətənmi özümü günahkar hiss etdiyimi düşünürsünüz?
Sizcə, orada gəzmək, hər şeyə baxmaq, tabutdan o qoxunu duymaq bu qədər asandır?”, – Timaşevski rayonunun rəhbəri Andrey Paliy deyib.
Xuraman Etibarlı
İnterpress.az