Navalnının vəkilləri 5,5 ilə qədər HƏBS CƏZASI ALDILAR – VİDEObackend

Navalnının vəkilləri 5,5 ilə qədər HƏBS CƏZASI ALDILAR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Navalnının vəkilləri “ekstremist icma” işi üzrə 5,5 ilə qədər həbs cəzası alıblar.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məliumat yayıb.

Bildirilir ki, Navalnının keçmiş vəkilləri “ekstremist icma” işi üzrə 5,5 ilə qədər həbs cəzası alıblar.

Onlar cəzaçəkmə müəssisəsindən siyasətçinin mesajlarını xaricə ötürməkdə ittiham olunublar.

Məhkəmə vəkil Vadim Kobzevi (2011-ci ildən 2023-cü ilə qədər Navalnını müdafiə edib) 5,5 il müddətinə  və vəkil Aleksey Liptseri 5 il müddətinə azadlıqdan məhrum edib.

Günahını boynuna alan vəkil İqor Serqunin 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

Vəkillər 2023-cü ilin oktyabrında həbs edilib və onların işi Navalnının digər işlərinə baxan eyni istintaq qrupu tərəfindən araşdırılıb.

Navalnının özü 2024-cü ilin fevralında Yamaldakı “Qütb canavarı” koloniyasında “qəfildən” ölüb.

Xuraman Etibarlı

İnterpress.az