HƏMAS: Qəzzada ərəb kontingentinin yerləşdirilməsi müzakirə olunmur.
İnterpress.az xəbər verir ki, bu barədə TASS-a HƏMAS-ın İrandakı rəsmi nümayəndəsi Xalid əl-Kaddumi məlumat verib.
Bildirilir ki, ərəb ölkələrinin hərbi kontingentinin Qəzza zolağında yerləşdirilməsi məsələsi müzakirə olunmur.
O vurğulayıb ki, “müqavimət öz şərtini İsraillə razılaşmada qoyub” və “bütün işğalçı qüvvələr zolağı tərk etməlidir”.
Əvvəllər Qəzza zolağının bərpası və orada yeni mülki administrasiyanın formalaşdırılması planı dəfələrlə irəli sürülüb. Onun da mühüm məqamı anklavda bir sıra ərəb ölkələrindən hərbi kontingentin yerləşdirilməsidir.
Xuraman Etibarlı
İnterpress.az