Polşanın baş naziri polyakların ABŞ-dən deportasiyası üçün hazırlıqlara göstəriş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb.
Polşanın baş naziri Donald Tusk Trampın açıqlamaları fonunda polyakların ABŞ-dən deportasiyası üçün hazırlıqlara göstəriş verib.
“Narahat olmağa əsas olmaya bilər, lakin Polşa istənilən vəziyyətə yaxşı hazır olacaq.
Ölkədə hər bir polyak hərarətlə qarşılanacaq. Hər kəs öz vətənində özünə yer tapacaq. Burada hər kəs öz Amerikasını tapacaq”, – Tusk bildirib.
Qeyd edək ki, Tramp dünən bəyan etdiyi qeyri-qanuni mühacirlərin genişmiqyaslı deportasiyasının “çox yaxında” başlayacağını bildirib.
Xuraman Etibarlı
İnterpress.az