Qətərin baş naziri Qəzzada atəşkəsin ikinci mərhələsi barədə DANIŞDIbackend

Qətərin baş naziri Qəzzada atəşkəsin ikinci mərhələsi barədə DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətərin baş naziri Qəzza zolağında atəşkəsin ikinci mərhələsi barədə danışıb.

İnterpress.az xəbər verir ki, Davosda keçirilən forumda çıxış edən Qətərin baş naziri əl-Tani İsrail və HƏMAS arasında razılaşmanın ikinci mərhələsindən danışıb.

O qeyd edib ki, hazırkı mərhələdə Qəzza zolağının infrastrukturunun yenidən qurulmasına diqqət yetiriləcək.

Əl-Taninin sözlərinə görə, sazişin birinci mərhələsi sakinlərin ehtiyaclarını ödəmək üçün xəstəxanalar, çörəkxanalar və əsas xidmətlər kimi ən çox ehtiyac duyulan obyektlərin bərpasına yönəlib. İkinci mərhələ, öz növbəsində, “bütün anklavın bərpası üçün daha geniş miqyaslı işləri əhatə edir ki, bu da yerli əhalinin həyatını yaxşılaşdırmağa kömək edəcək”.

Xuraman Etibarlı

İnterpress.az