Ermənistan sülh istəmir – Armen Qriqoryanbackend

Ermənistan sülh istəmir – Armen Qriqoryan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan sülh istəmir, bütün yığılmış məsələlərin sülh yolu ilə həllini təklif edir.

İnterpress.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Ermənistanın konkret məsələlərə yanaşması aydın şəkildə ifadə olunub. Biz cari gündəmdəki bütün məsələlərin həlli yollarını təklif etmişik”, – Qriqoryan bildirib.

Nümunə kimi o, Ermənistan tərəfinin təşəbbüsü ilə həyata keçirilən “Sülhün kəsişməsi” layihəsini göstərib.

“Bundan başqa, biz bütün məsələlərdə, o cümlədən sülh müqaviləsi, dövlət sərhədinin demarkasiyası və digər məsələlərdə bu istiqamətdə irəliləməkdə davam edirik. Beləliklə, sülh gündəliyi bizim prioritetimiz olaraq qalır”, – Qriqoryan əlavə edib.

Xuraman Etibarlı

İnterpress.az