Müntəzəm kolbasa, sosis və toyuq naqetsləri yeyən uşaq görmə qabiliyyətini həmişəlik itirib.
İnterpress.az xəbər verir ki, bu barədə “DailyMail” məlumat yayıb. Bildirilir ki, Böyük Britaniyada səkkiz yaşlı uşaq yalnız kolbasa və naqets yedikdən sonra kor olub.
Səkkiz yaşlı uşaq müntəzəm olaraq qeyri-sağlam yemək yeyib və məktəbdə dərs zamanı qəfil kor olub.
Həkimlər deyirlər ki, oğlanın kolbasa, naqetslər və peçenyelərdən ibarət dəhşətli pəhrizi onda kəskin A vitamini çatışmazlığına səbəb olub. Bu da tor qişasını zədələyib və daimi görmə itkisinə səbəb olub.
Artıq yerli polis vəziyyətlə maraqlanıb. Uşağın valideynləri indi uşaqların müdafiəsi orqanları tərəfindən dindirilir. Uşağın niyə düzgün yemədiyini anlamağa çalışırlar.
Xuraman Etibarlı
İnterpress.az