Norveçdə sualtı kabelin zədələnməsində şübhəli bilinən rus ekipajı olan gəmi saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Dagbladet” məlumat yayıb.
Nəşrin məlumatına görə, Norveçə məxsus və qeydiyyatda olan gəmi Sankt-Peterburq və Murmansk arasında işləyirdi. Buna baxmayaraq, bütün heyət Rusiya vətəndaşıdır.
Saxlanma əməliyyatı dünən axşam saatlarında Norveç Sahil Mühafizəsi gəmisinin dəstəyi ilə həyata keçirilib. Bundan sonra gəmi hadisə yerinə aparılıb.
Xuraman Etibarlı
İnterpress.az