Qəbələdə iki avtomobil toqquşub, bir nəfər ölüb, dördü xəsarət alıbbackend

Qəbələdə iki avtomobil toqquşub, bir nəfər ölüb, dördü xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələdə yol qəzası baş verib, bir nəfər ölüb, dördü xəsarət alıb.

Hadisə yanvarın 31-də axşam saatlarında rayonun Tövlə kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “VAZ-2101” markalı minik avtomobillərinin toqquşması nəticəsində “VAZ-2106”da olan sərnişin, 1958-ci il təvəllüdlü Ehsan Kərimov hadisə yerində ölüb, digər sərnişin, 1976-cı il təvəllüdlü Müslüm Soltanov və sürücü, 56 yaşlı Emin Muşdaqov, digər avtomobilin sürücüsü, 30 yaşlı Ağasif Qəribli və sərnişini, 2002-ci il təvəllüdlü Elnur Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.