Partlayışdan sonra komada olan “Abrek” ləqəbli erməni ÖLDÜ – VİDEO/YENİLƏNİB -2backend

Partlayışdan sonra komada olan “Abrek” ləqəbli erməni ÖLDÜ – VİDEO/YENİLƏNİB -2

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Armen Sarkisyan “Scarlet Sails” yaşayış kompleksində baş verən partlayışdan sonra xəstəxanada ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

***

 13:13

“Qırmızı yelkənlər” yaşayış kompleksində öldüyü bildirilən Armen Sarkisyana komadadır.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb. Sarkisyan sağdır, ona qarşı sui-qəsd sifarişli və diqqətlə planlaşdırılıb.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Armen Sarkisyanın sol ayağı amputasiya edilib bə o, komadadır,

***

 12:33

Moskvada partlayış nəticəsində ölən erməninin meyiti çıxarılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Moskvada “Alıye Parusa” elit yaşayış kompleksində binanın foyesində radio ilə idarə olunan partlayıcı qurğu işə düşüb.

Partlayış nəticəsində ölən Ukraynada döyüşən “Arbat” batalyonunun təsisçisi, “DXR” Boks Federasiyasının prezidenti “Abrek” ləqəbli Armen Sarkisyanın meyiti çıxarılıb.

Xilasedicilər “Alıye Parusa” yaşayış kompleksində baş vermiş partlayış nəticəsində zərərçəkənləri aparıblar.

“İnterfaks” agentliyinin mənbəsi Sarkisyanın öldüyünü bildirib.

“Arba”t batalyonu 2022-ci ildə Donbassda, Qorlovkada yaradılıb. 2023-cü ildə onun komandiri əvvəllər “Vaqner” PMC-də xidmət etmiş Hayk Qasparyan olub.

Xuraman Etibarlı

İnterpress.az