Erməni separatçılarının qondarma əski parçası Komitas meydanından GÖTÜRÜLDÜ – FOTObackend

Erməni separatçılarının qondarma əski parçası Komitas meydanından GÖTÜRÜLDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qondarma “Artsax” əski parçası Eçmiədzindəki Komitas meydanından götürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə “Eçmiədzin” İttifaqının rəhbəri Sevak Xaçatryan yazıb. O bildirib ki, Ermənistanın Eçmiədzin şəhərində Komitas meydanından yığışdırılıb.

“Mən indicə öyrəndim ki, “Artsax” bayrağı Eçmiədzindəki Komitas meydanından götürülüb”, – o qeyd edib.

Xaçatryan “Eçmiədzin” Alyansının “bu hərəkəti qətiyyətlə pislədiyini bəyan edib”.

“Biz bu vandalizmə görə məsuliyyət daşıyanları müəyyənləşdirib məsuliyyətə cəlb etməyə çalışacağıq…”, – erməni siyasətçi çərənləyib.

Xuraman Etibarlı

İnterpress.az