Yüksək vəzifəli məmur İNTİHAR ETDİ – FOTObackend

Yüksək vəzifəli məmur İNTİHAR ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UFAS-ın Kareliyadakı rəhbəri Petrozavodskda ofisin pəncərəsindən özünü atıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, UFAS-ın Kareliyadakı rəhbəri, 56 yaşlı Artur Pryaxin binanın beşinci mərtəbəsindən yıxılaraq yerindəcə keçinib.

Kişi saat 12:00 radələrində pəncərədən yıxılıb. Onun meyiti Kareliya üzrə Federal Antiinhisar Xidməti İdarəsinin binası yaxınlığında tapılıb

Məmur intihar məktubu qoyub. O, ölümündə heç kimi günahlandırmamağı xahiş edib, həyat yoldaşından üzr istəyib və həyat yoldaşı üçün pulun harada saxlandığını yazıb.

Pryaxin 2014-cü ildən Kareliya UFAS-a rəhbərlik edib.

Xuraman Etibarlı

İnterpress.az