Paşinyan Bakıya ikitərəfli münasibətlərə sıfırdan başlamağı TƏKLİF ETDİbackend

Paşinyan Bakıya ikitərəfli münasibətlərə sıfırdan başlamağı TƏKLİF ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan Azərbaycana ikitərəfli münasibətlərə sıfırdan başlamağı təklif edib.

İnterpress.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda Atlantik Şurada çıxış edərkən bunu “yeni dövr” adlandırıb.

Onun sözlərinə görə, tərəflər sülh müqaviləsi layihəsində həssas mövzularda razılığa gələ biliblər və bu, gələcək sülhün təməl daşıdır.

“Sülhə indi əldə edilə biləndən daha çox yaxınıq və indi yalnız sülh müqaviləsi layihəsini yekunlaşdırmaq, imzalamaq və davamlı sülhə nail olmaq üçün siyasi iradə lazımdır”, – Paşinyan deyib.

Xuraman Etibarlı

İnterpress.az