Türkiyədə hərbi xidmətə hazırlaşan gənc çağırışçı başından ağır güllə yarası alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. Bildirilir ki, Türkiyənin Giresun şəhərində 21 yaşlı əsgərliyə namizədi Burak Gənc dostları ilə son görüşünü keçirib.
Vida mərasimi bədbəxt hadisə ilə sona çatıb. Belə ki, hərbi xidmətə hazırlaşan Burak mərasim zamanı başından güllə yarası alıb.
Dostları onu orduya yola saldıqları üçün sevinərək havaya atəş açmağa başlayanda güllə gəncin başına dəyib.
Xuraman Etibarlı
İnterpress.az