Tramp İranla sülh sazişinə üstünlük verir.
İnterpress.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki paylaşımında İranla nüvə sülh sazişinin bağlanmasının mümkünlüyü barədə fikirlərini bildirib.
“Mən İranın böyük və uğurlu ölkə olmasını istəyirəm, lakin onun nüvə silahı ola bilməz”, – o vurğulayıb.
Tramp həmçinin qeyd edib ki, ABŞ-nin guya İranı məhv etmək üçün İsraillə birgə işləməsi ilə bağlı şayiələr çox şişirdilib.
“Mən İranın sülh yolu ilə inkişaf etməsinə və çiçəklənməsinə imkan verəcək dinc nüvə sazişinə üstünlük verərdim. Biz bunun üzərində dərhal işə başlamalıyıq və saziş imzalanandan sonra Yaxın Şərqdə böyük bayram keçirəcəyik”, – ABŞ prezidenti əlavə edib.
Xuraman Etibarlı
İnterpress.az