Ermənistanın Meğri icmasının rəhbərinin müşaviri intihar edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Bildirilir ki, Meqri icmasının rəhbəri Xaçik Andreasyanın müşaviri Nairi Zakaryan intihar edib.
Nəşrin məlumatına görə, 35 yaşlı kişi təxminən bir aya yaxın idi ki, itkin düşmüşdü və bir gün əvvəl o, Vaqravar kəndindəki evdə asılmış vəziyyətdə tapılıb.
Nəşr yazır ki, Meğridə intihara səbəb olan ən çox yayılmış versiya qumara olan ehtiras səbəbindən yığılan borclar olub.
Xuraman Etibarlı
İnterpress.az