Abortlar tam QADAĞAN EDİLƏCƏK – VİDEObackend

Abortlar tam QADAĞAN EDİLƏCƏK – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Voloqda vilayətinin hakimiyyət orqanları abortları qadağan etməyə hazırlaşır.

İnterpress.az xəbər verir ki, bu barədə qubernator Georgi Filimonov regional hökumətin operativ iclasında danışıb.

Onun sözlərinə görə, bununla bağlı ictimai təşkilatlar, dövlət qurumları və Rus Pravoslav Kilsəsi ilə birgə iş aparılır.

Fevralın ikinci yarısında regional hakimiyyət orqanları abort qadağasını özəl tibb təşkilatlarının rəhbərləri ilə müzakirə edəcək.

“Hətta özəl klinikalarda abortların dayandırılmasının vacibliyindən danışacağıq. Vurğulayıram: hətta özəl klinikalarda da abort qadağan edilməlidir”, – qubernator deyib.

Xuraman Etibarlı

İnterpress.az