Suriya HƏMAS-a qadağanı ləğv edib.
İnterpress.az xəbər verir ki, bu barədə HƏMAS-ın yüksək rütbəli rəsmisi Əl-Manassaya bildirib. O deyib ki, Suriya HƏMAS-a qoyulan qadağanı aradan qaldırıb və müsadirə edilmiş əmlakı geri qaytarıb.
HƏMAS 2011-ci ildə Bəşər Əsəd rejimi tərəfindən inqilab tərəfdarı mövqeyinə görə Suriyada qadağan edilib.
Qadağa götürüldükdən sonra HƏMAS nümayəndələrinin yaxın vaxtlarda Suriyaya səfər edəcəyi məlum olub.
Xuraman Etibarlı
İnterpress.az