Stüardessa sərnişinin saçını dartan kişini döyüb.
İnterpress.az xəbər verir ki, Kaliforniyadan Portlendə uçan təyyarənin göyərtəsində nadir insident baş verib. Hər şey sərnişinlərdən birinin qarşısında əyləşən qadının saçından yolaraq başını oturacağın arxasına vurması ilə başlayıb.
Kişi stüardessa tərəfindən yumruqla dayandırılana qədər bir neçə dəqiqə qadının saçını dartmağa davam edib.
Vəziyyəti görən ekipaj üzvlərindən biri işə qarışaraq aqressiv sərnişini vuraraq onu qadının saçını buraxmağa məcbur edib.
Davadan sonra aqressiv sərnişin aviaşirkətin nümayəndələri tərəfindən saxlanılıb.
Hadisədən sonra təyyarə Portlendə təhlükəsiz eniş edib. Ekipaj üzvünün müdaxiləsi mübahisələrə səbəb olub.
Xuraman Etibarlı
İnterpress.az