İsrail səfiri Qalperin Rusiya XİN-ə GƏLDİbackend

İsrail səfiri Qalperin Rusiya XİN-ə GƏLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail səfiri Qalperin Rusiya tərəfi ilə görüşmək üçün Rusiya Xarici İşlər Nazirliyinə gəlib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İsrailin Rusiyadakı səfiri Simona Qalperin Moskvanın Smolenskaya meydanında yerləşən Rusiya Xarici İşlər Nazirliyinin binasına gəlib.

Qeyd olunur ki, Qalperin Rusiya tərəfi ilə görüş keçirir, onun məzmunu daha sonra açıqlanacaq.

Həmçinin fevralın 11-də günortadan sonra ABŞ səfiri Lin Treysi Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Sergey Ryabkov ilə görüşmək üçün Xarici İşlər Nazirliyinə gəlib.

Xuraman Etibarlı

İnterpress.az