İordaniyada İsrail bayrağına HÖRMƏTSİZLİK – FOTObackend

İordaniyada İsrail bayrağına HÖRMƏTSİZLİK – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İordaniyada İsrail bayrağına hörmətsizlik olunub.

İnterpress.az xəbər verir ki, bununla bağlı İsrail Xarici İşlər Nazirliyi bəyanat yayıb.

İsrail XİN İordaniya Vəkillər Kollegiyasının sədr müavininin İsrail bayrağına qarşı hörmətsiz hərəkətlərini pisləyib.

“İsrail İsrail bayrağının tapdalanmasını qətiyyətlə pisləyir. İordaniya hakimiyyət orqanlarının hadisəni qınamaması narahatedicidir”, – bəyanatda deyilir.

Departament vurğulayıb ki, bu cür nifrətin təzahürü ölkələr arasında münasibətlərə və əməkdaşlığa xələl gətirə, hətta İsrail vətəndaşlarına qarşı zorakılığa səbəb ola bilər.

Hadisə prezident Trampın Qəzza sakinlərinin İordaniya da daxil olmaqla bir sıra ərəb ölkələrinə köçürülməsi təklifi ilə bağlı baş verib.

Krallıq bu planın qəti əleyhinədir.

Xuraman Etibarlı

İnterpress.az