Qazaxıstan xarici agentlər haqqında qanun qəbul etməyi TƏKLİF ETDİbackend

Qazaxıstan xarici agentlər haqqında qanun qəbul etməyi TƏKLİF ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan xarici agentlər haqqında qanun qəbul etməyi təklif edib.

İnterpress.az xəbər verir ki, bu təkliflə Qazaxıstan parlamentinin deputatı İrina Smirnova çıxış edib.

Dünyanın müxtəlif ölkələrində USAİD-in fəaliyyəti çərçivəsində maliyyələşdirmə ilə bağlı qalmaqallı müzakirələr fonunda Qazaxıstan parlamentinin deputatı Smirnova ölkədə xarici agentlər haqqında qanunun qəbulu imkanlarının nəzərdən keçirilməsini təklif edib.

Onun sözlərinə görə, hazırda təxminən 200 qeyri-hökumət təşkilatı (QHT) xaricdən maliyyə alır ki, onların da 70%-i ABŞ-dən maliyyələşib.

O qeyd edib ki, artıq “boz zonada” işləyən bir sıra QHT-lərin statusuna yenidən baxmaq, siyasi maraqları media dəstəyi, insan hüquqlarının müdafiəsi və dözümlülüyü artırmaq kimi pərdələyən xarici donorlarla oyun qaydalarını yenidən yazmaq lazımdır”.

Xuraman Etibarlı

İnterpress.az