Rusiyanın baş ravvininin qızı Ukraynanın baş ravvininin oğlu ilə evlənir.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bu gün İsraildə Rusiyanın baş ravvini Berel Lazarın qızı ilə Odessa və Ukraynanın cənubundakı baş ravvin Avraam Volfun oğlunun toyu olacaq.
Rivka Lazar və Şölem Volfun nişanlanması barədə İsrail mediası xəbər verirb.
Bəyin atası Avraam Volf Rusiya əleyhinə mövqeyi ilə tanınır. 2014-cü ildə Rusiyada qadağan edilmiş “Sağ sektor” ona müdafiə və himayədarlıq təklif edib. O, bundan açıq şəkildə imtina etməyib.
Qonaqlar arasında Ukraynanın baş ravvinləri Moşe Azman və Dnepropetrovsk vilayətinin baş ravvini Şmuel Kaminezki də olub. Hər ikisi də anti-Rusiya mövqeyi ilə tanınır.
Xuraman Etibarlı
İnterpress.az