İsrail kəşfiyyatı İranın mülki baqaj vasitəsilə Hizbullaha yardım keçirmək cəhdlərini üzə çıxarıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail hərbi kəşfiyyatının “Intelli Times” qəzeti məlumat yayıb.
İsrailin hərbi kəşfiyyat agentliyi AMAN İranın Beyruta hava yolları ilə daşınan mülki şəxslərin baqajı vasitəsilə Hizbullaha hərbi və maliyyə yardımı keçirmək cəhdlərini aşkar edib.
Nəşrə görə, qaçaqmalçılıq İraq və ya Türkiyədən gələn birləşdirici reyslər vasitəsilə də baş verə bilər.
Xuraman Etibarlı
İnterpress.az