Paşinyan eks-prezident vasitəsilə Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışır – Erməni mediasıbackend

Paşinyan eks-prezident vasitəsilə Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışır – Erməni mediası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan eks-prezident vasitəsilə Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışır.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Fevralın 18-də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan şəxsi iqamətgahında Rusiyanın Ermənistandakı səfiri Kopırkinlə görüşüb. Bir neçə gün əvvəl o, İran səfiri Sobhani ilə görüşüb.

Erməni mediasının yazdığına görə, eks-prezidentin fəaliyyəti Ermənistanın baş naziri Paşinyanın şəxsi xahişi ilə bağlıdır. Baş nazir vasitəçiliyi ilə “bu ox ətrafında barışmağa” yol tapmağa çalışır.

Eyni zamanda, qəzetin mənbələri bildirir ki, Rusiya Federasiyası “Paşinyanı və onun zədələnmiş reputasiyasını xilas etmək” üçün iki şərt irəli sürür:

KTMT-dən çıxmaqla bağlı həll olunmamış məsələni bağlamaq. Məsələn, onu narahat edən suallara cavab aldığını bildirməklə.

Rusiya tərəfi ilə “dəmir yoluna nəzarət məsələsində” qarşılıqlı məqbul variantları müzakirə etməyə başlamaq.

Xuraman Etibarlı

İnterpress.az