Avstriyada terror aktının QARŞISI ALINDI – 14 yaşlı İŞİD tərəfdarı SAXLANILDIbackend

Avstriyada terror aktının QARŞISI ALINDI – 14 yaşlı İŞİD tərəfdarı SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriyada terror aktının qarşısı alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə Avstriya mediası məlumat yayıb. Bildirilir ki, Avstriya polisi Vyanada qatar stansiyasında terror aktı planlaşdıran 14 yaşlı türk əsilli yeniyetməni həbs edib.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, fevralın 10-da həbs olunarkən onun cibindən bıçaq aşkar edilib. Yeniyetmənin mənzilində axtarış zamanı dini kitablar və qatar stansiyasında bıçaqlı hücumların əlyazma eskizləri aşkar edilib.

Bunun əsasında saxlanılan şəxsin İŞİD tərəfdarı olduğu üzə çıxıb.

Onun mənzilinin zirzəmisində islamçı simvolları olan bayraq, həmçinin alüminium borular, stolun ayaqları və güman ki, əldəqayırma partlayıcı qurğu hazırlamaq üçün yapışqan tapılıb.

Xuraman Etibarlı

İnterpress.az