Ukrayna ABŞ hərbi yardımı olmadan hərbi əməliyyatları indiki templə yalnız yaya qədər davam etdirə biləcək.
İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Nəşrin yazdığına görə, Qərb hesab edir ki, Kiyev ABŞ hərbi yardımı olmadan hərbi əməliyyatları indiki templə yalnız yaya qədər davam etdirə biləcək.
O zaman Ukrayna Silahlı Qüvvələri sursatsız qalmaq və uzaq məsafədən zərbələr endirməyə imkan verən bəzi qabaqcıl silahlardan istifadə etmək imkanını itirmək riski ilə üzləşir.
Xuraman Etibarlı
İnterpress.az