Kürə batıranlar, Kürü batıranlar, yoxsa Kürdə batanlar! – “Sədərək” Yusifin ekoloji “terroru” – VİDEObackend

Kürə batıranlar, Kürü batıranlar, yoxsa Kürdə batanlar! – “Sədərək” Yusifin ekoloji “terroru” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2013-cü ildən indiyə kimi Kür çayının Mingəçevir şəhərinin içərisindən keçən hissəsində sözün əsl mənasında ekoloji terror höküm sürür. Bu günə kimi 117 nəfər şəhər sakinin imzası ilə iki dəfə, 150 nəfər şəhər sakinin imzası ilə bir dəfə, “Kür çayına azadlıq” təşəbbüs qrupunun imzası ilə iki dəfə cənab Prezidentlə yanaşı, PA-nın rəhbəri Samir Nuriyevə, PA-nın şöbə müdiri Zeynal Nağdəliyevə, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə və bütün aidiyyatı qurumlara etdiyimiz video və fotolardan ibarət çoxsaylı müraciətlər olub və hüquqi-demokratik dövlətimizdə bütün bunlar cavabsız və nəticəsiz qalıb.

Kür çayının sahilində şəhər sakinlərinin və şəhərə gələn xarici qonaqların gəzintisi üçün cəmi-cümlətanı 750 metr bulvar tipli gəzinti zolağını içməli su mənbəyi olan çayın içərisində “İnci” və “Liman” restoranları məhdudlaşdırıb. Konkret desək, bu obyektlərin tualet və çirkab suları da birbaşa içməli su mənbəyi olan ANA Kürə axıdılıb. Videomateral da var.

“Ana”sına qarşı xəyanət edənlərin başında dayanan isə Mingəçevir şəhər icra hakimiyyətinin iki  sərəncamı ilə “Sədərək” Yusifə məxsus olan “Deka” şirkəti və onun qonşusundakı “Liman”dır. Sərəncamların adı isə suda torpaq sahəsi axtaranlardır. Bu şanlı sərəncamların müəllifləri isə Mingəçevirin sabiq icra başçısı Niyazi Bayramov və indiki başçı İlham İsmayılovdur.

Kür çayının içərisində 1000 kvadratmetrlik tikinti biabrçılığı isə tam başqa aləmdir. Himayədar məmurların susqunluğu ekolji cinayətləri malalamaqdan başqa bir şey deyil. Ay Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ay Mingəçevir Şəhər İcra Hakimiyyəti, ay Su Ehtiyyatları Dövlət Agentliyi məqsədiniz nədir?

Ölkəmizə qarşı xarici hücumlara rəvac vermək, yoxsa  5-ci kalonunun dəyirmanına su tökmək?

ANA  dediyiniz Kürə batıranlar, Ana dediyiniz Kürü batıranlar, siz həm də bilirsiniz nə etmisiniz? Sizlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə yeni əlavə edilmiş 104-1-ci maddəsinin, yəni “Sülh və insanlıq əleyhinə cinayətlər” maddəsinin tələblərini kobud şəkildə pozaraq qanunsuz əməllər törətmisiniz.
Ey dəyərli xalqımız, Sizəcə, dövlətini, onun liderini sevən məmurlar belə bir cinayət tərkibli əmələ yol verərmi?

Bilirsinizmi, törədtiyiniz əməlin cəzası nədir? Cinayət Məcəlləsinə yeni əlavə edilmiş 104-1-ci maddədə deyilir ki, Bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda – on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Analadınızmı, puldan ötəri hər yola gedən, xalqının genefonduna öldürücü zərbə vuran allı-güllü məmurlarımız…?
…Bəlkə də, bəlkə də… Amma unutmayın,dövlətimizin yanında olmaqla haqq mübarizəsi davam edəcək.

@newsbaku.az

      Kürə batıranlar, Kürü batıranlar, yoxsa Kürdə batanlar! “Sədərək” Yusifin ekoloji “terroru”   2013-cü ildən indiyə kimi Kür çayının Mingəçevir şəhərinin içərisindən keçən hissəsində sözün əsl mənasında ekoloji terror höküm sürür. Bu günə kimi 117 nəfər şəhər sakinin imzası ilə iki dəfə, 150 nəfər şəhər sakinin imzası ilə bir dəfə, “Kür çayına azadlıq” təşəbbüs qrupunun imzası ilə iki dəfə cənab Prezidentlə yanaşı, PA-nın rəhbəri Samir Nuriyevə, PA-nın şöbə müdiri Zeynal Nağdəliyevə, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə və bütün aidiyyatı qurumlara etdiyimiz video və fotolardan ibarət çoxsaylı müraciətlər olub və hüquqi-demokratik dövlətimizdə bütün bunlar cavabsız və nəticəsiz qalıb. Kür çayının sahilində şəhər sakinlərinin və şəhərə gələn xarici qonaqların gəzintisi üçün cəmi-cümlətanı 750 metr bulvar tipli gəzinti zolağını içməli su mənbəyi olan çayın içərisində “İnci” və “Liman” restoranları məhdudlaşdırıb. Konkret desək, bu obyektlərin tualet və çirkab suları da birbaşa içməli su mənbəyi olan ANA Kürə axıdıdılıb. Videomateral da var. “Ana”sına qarşı xəyanət edənlərin başında dayanan isə Mingəçevir şəhər icra hakimiyyətinin iki  sərəncamı ilə “Sədərək” Yusifə məxsus olan “Deka” şirkəti və onun qonşusundakı “Liman”dır. Sərəncamların adı isə suda torpaq sahəsi axtaranlardır. Bu şanlı sərəncamların müəllifləri isə Mingəçevirin sabiq icra başçısı Niyazi Bayramov və indiki başçı İlham İsmayılovdur. Kür çayının içərisində 1000 kvadratmetrlik tikinti biabrçılığı isə tam başqa aləmdir. Himayədar məmurların susqunluğu ekolji cinayətləri malalamaqdan başqa bir şey deyil. Ay Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ay Mingəçevir Şəhər İcra Hakimiyyəti, ay Su Ehtiyyatları Dövlət Agentliyi məqsədiniz nədir?  Ölkəmizə qarşı xarici hücumlara rəvac vermək, yoxsa  5-ci kalonunun dəyirmanına su tökmək?    ANA  dediyiniz Kürə batıranlar, Ana dediyiniz Kürü batıranlar, siz həm də bilirsiniz nə etmisiniz? Sizlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə yeni əlavə edilmiş 104-1-ci maddəsinin, yəni “Sülh və insanlıq əleyhinə cinayətlər” maddəsinin tələblərini kobud şəkildə pozaraq qanunsuz əməllər törətmisiniz. Ey dəyərli xalqımız, Sizəcə, dövlətini, onun liderini sevən məmurlar belə bir cinayət tərkibli əmələ yol verərmi? Bilirsinizmi, törədtiyiniz əməlin cəzası nədir? Cinayət Məcəlləsinə yeni əlavə edilmiş 104-1-ci maddədə deyilir ki, Bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda –on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Analadınızmı, puldan ötəri hər yola gedən, xalqının genefonduna öldürücü zərbə vuran allı-güllü məmurlarımız…? …Bəlkə də, bəlkə də…Amma unutmayın,dövlətimizin yanında olmaqla haq mübarizəsi davam edəcək  

♬ orijinal ses – newsbaku