Filippində rus turisti suya atılarkən köpək balıqları onu parçalayıb. Daha bir turist güclü sualtı cərəyan səbəbindən boğulub.
İnterpress.az xəbər verir ki, bu barədə Filippin mediası məlumat yayıb.
Faciə fevralın 27-də Puerto Qalera şəhərindən uzaq olmayan Verde adası yaxınlığındakı sularda baş verib.
Dörd turist və bir təlimatçı dalğıc təyin edilən yerdə suya dalmalı idi. İnsanlar suya enən kimi güclü sualtı cərəyan onları aparıb.
Yerli sahil mühafizə xidmətinin məlumatına görə, iki rusiyalı turist təlimatçı ilə birlikdə qayığa qayıtmağa müvəffəq olub, digər ikisi isə itkin düşüb.
Dalğıc təlimatçıları və dalğıclar dərhal axtarışa başlayıb və bir saat ərzində həmin şəxsləri tapıblar.
39 yaşlı Maksim Melexov huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.
İkinci itkin düşən 29 yaşlı İlya Perequdin isə akulalar tərəfindən parçalanıb, onun qolsuz cəsədini möcüzəvi şəkildə quruya çəkə biliblər.
Xuraman Etibarlı
İnterpress.az