ABŞ-dən Ermənistana vəd edilən qrup gəlib çıxmayıb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlum olduğu kimi, Ermənistan və ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanıb. İmzalanma zamanı ABŞ-nin dövlət katibi Entoni Blinken yaxın həftələrdə bir qrup ABŞ gömrük və sərhəd rəsmilərinin yerli tərəfdaşlarla işləmək üçün Ermənistana səfər edəcəyini açıqlayıb.
Erməni jurnalistlər Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyandan təftiş qrupunun gəlişinin niyə gecikdiyini və ümumiyyətlə gəlməyəcəyi ilə bağlı sual veriblər.
“Bu davam edir. Önümüzdə həftələr var. Bütün rəhbərlik dəyişib. Bu razılaşmalar davam edir, lakin vaxt baxımından bütün administrasiyanın dəyişdiyini nəzərə alın”, – Ovannisyan bildirib.
Xuraman Etibarlı
İnterpress.az