Oktyabrın 7-də uğursuzluğa düçar olan İDF Əməliyyatlar Rəhbəri istefa verib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.
İsrail Baş Qərargahının Əməliyyatlar rəisi general-mayor Oded Basyuk yeni Baş Qərargah rəisi Eyal Zamirlə görüşüb və istefa ərizəsini ona çatdırıb.
Mənbələrin bildirdiyinə görə, Zamir Basyukun istefasını qəbul edib, lakin ordunun üzləşdiyi cari əməliyyat problemlərini nəzərə alaraq ondan növbəti bir neçə ay bu vəzifədə qalmasını istəyib.
Bu yaxınlarda aparılan araşdırma nəticəsində məlum olub ki, Basyuk 2023-cü il oktyabrın 7-də hücumdan əvvəlki gecə saat 02:50-də həyəcan siqnalı alıb, lakin bunu düzgün qiymətləndirə bilməyib.
Basyuk 7 oktyabr işğalından sonra istefa verən üçüncü general olub. Ondan əvvəl Baş Qərargah rəisi Halevi və Cənub Dairəsinin komandiri general-mayor Finkelman istefa ərizələrini təqdim ediblər.
Xuraman Etibarlı
İnterpress.az