Türk Hava Yolları dünyanın üçüncü ən böyük hava yolu ŞİRKƏTİDİRbackend

Türk Hava Yolları dünyanın üçüncü ən böyük hava yolu ŞİRKƏTİDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk Hava Yolları beynəlxalq sərnişin daşımalarına görə dünyanın üçüncü ən böyük hava yolu şirkətidir.

İnterpress.az xəbər verir ki, Türk Hava Yollarının (THY) baş direktoru Bilal Ekşi sosial media hesabında Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatlarına istinad edib.

“THY yüksək uçur. Dünyada 3-cü olmaq az şey deyil. THY beynəlxalq sərnişin həcmi və yük bazarı payına görə dünyada 3-cü yerdədir.

2012-ci ildə sərnişindaşımada 13-cü, yükdaşımada 26-cı yerdə idik, indi isə 3-cü yerdəyik. Biz ölkəmizlə fəxr edirik”, – Ekşi paylaşımında qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az