Kanadalılar ABŞ-yə boykot elan ediblər.
İnterpress.az xəbər verir ki, Kanadada kütləvi qəzəbə Trampın Kanadanın suverenliyini şübhə altına alan bəyanatları və Kanada məhsullarına 25% rüsumların tətbiqi də daxil olmaqla başlatdığı ticarət müharibəsi səbəb olub.
Buna cavab olaraq, yerli istehsalçıları dəstəkləmək üçün ölkə daxilində “Kanada al” kampaniyaları keçirilir.
Ölkənin bəzi əyalətlərində Amerika spirtli içkiləri piştaxtalardan yığışdırılır.
Britaniya Kolumbiyası, Manitoba, Nyufaundlend və Labrador, Şahzadə Edvard Adası və Nyu-Brunsvik ştatlarının səlahiyyətliləri ABŞ-dən alkoqollu içkilərə məhdudiyyətlər qoyub.
Ontario baş naziri Daq Ford da İlon Maskın Starlink şirkəti ilə çoxmilyonluq müqaviləni ləğv edib və Amerika şirkətlərinə əyalətlə yeni müqavilələr imzalamağı qadağan edib.
Kanadalı kafe sahibləri də Donald Trampın hərəkətlərinə biganə qalmayıblar. Menyuda “Americano” əvəzinə getdikcə yeni “Canadiano” içkisi görünür.
Xatırladaq ki, daha əvvəl baş nazir Castin Trüdo 107,4 milyard dollar dəyərində Amerika mallarına 25% cavab rüsumunun tətbiq ediləcəyini açıqlamışdı.
Xuraman Etibarlı
İnterpress.az