Qazaxıstanda “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus olan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində qəhrəmancasına həlak olan bələdçi Hökümə Əliyevanın adının əbədiləşdirilməsi istiqamətində addım atılıb.
İnterpress.az xəbər verir ki, zirehli texnika istehsalı üzrə ixtisaslaşan şirkətdə tibbi təyinatlı “Arlan” maşınlarında “By Hokuma Aliyeva” seriyası təqdim olunub.
Qeyd olunub ki, Qazaxıstanda zirehli texnikanın istehsalı və silah sistemləri mühəndisliyi sahəsində fəaliyyət göstərən şirkətin qurucusu Aybek Barısov da bundan ilhamlanaraq məşhur “Arlan” zirehli maşınlarında sözügedən seriyanı təqdim edib.
Şirkət rəhbəri onu da əlavə edib ki, bu hərbi avtomobilin əsas funksiyası həyatı xilas etməkdir. O, vurğulayıb ki, tibbi funksiyası olan maşınlar “By Hokuma Aliyeva” adı ilə istehsal ediləcək.
Daha ətraflı “İctimai Televiziya”nın xüsusi reportajında: