ABŞ-də yaşayan “ermənilər” Ermənistan vətəndaşlarının pulunu OĞURLADIbackend

ABŞ-də yaşayan “ermənilər” Ermənistan vətəndaşlarının pulunu OĞURLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özlərini ABŞ-də yaşayan ermənilər kimi təqdim edən iki erməni Ermənistan vətəndaşlarının 10,5 milyon dram (26,6 min dollar) pulunu oğurlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilir ki, Facebook sosial şəbəkəsində özlərini ABŞ-də yaşayan ermənilər kimi təqdim edən iki fırıldaqçı saxta şəxsi səhifələrdən istifadə edərək bir neçə erməninin 10,5 milyon dram (26,6 min dollar) pulunu oğurlayıb.

İstintaqla müəyyən edilib ki, D.G. və V.S. ABŞ-də yaşayan ermənilərin fotolarından ibarət saxta Facebook səhifələri yaradıb.

Özlərini dost və qohum kimi təqdim edən fırıldaqçılar müxtəlif bəhanələrlə dələduzluq yolu ilə pul tələb ediblər. Daha sonra aldıqları pulları kriptovalyutalara çeviriblər.

Adları çəkilməyən ermənilərdən biri zaminə buraxılması və ölkədən çıxışına qadağa qoyulması şərti ilə ev dustaqlığına göndərilib, digəri barəsində həbs seçilib.

O, axtarışda olanlar siyahısına salınıb.

Xuraman Etibarlı

İnterpress.az