BULLİNQİN ACI NƏTİCƏSİ: Məktəbli sinif yoldaşlarına bıçaqla HÜCUM ETDİ – FOTO/VİDEObackend

BULLİNQİN ACI NƏTİCƏSİ: Məktəbli sinif yoldaşlarına bıçaqla HÜCUM ETDİ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nijni Novqorodda məktəbli sinif yoldaşlarına bıçaqla hücum edib. Yaralılar var.

İnterpress.az Rusiya mediasına istinadla xəbər verir ki, iki yeniyetmə yaralanıb, biri qarnından, digəri boyun nahiyəsindən xəsarət alıb.

Sinif yoldaşlarına hücum edən səkkizinci sinif şagirdi Maksim sakit uşaq olub, həmyaşıdlarının zorakılığının qurbanı olub və sinifdə heç kim onunla danışmayıb.

Rus dili dərsi zamanı Maksimin sinif yoldaşları onu yenidən incitməyə başladyıbar. O, bıçağı çıxararaq onrlardan birinin boynuna vurub. Sonra ikincini yaralayıb qaçıb.

Polis əməkdaşları 14 yaşlı Maksimi yaxınlıqdakı meşə zolağında tapıblar.

Uşaq qohumlarına zəng edərək sinif yoldaşlarına hücum etdiyini xəbər verə bilib.

O, “8 ildir ki, bu səslər ona əzab verib və bu gün nəhayət ki, dözməyib” deyib.

Maksim saxlanılıb. İndi onu dindirməyə aparıblar.

Xuraman Etibarlı

İnterpress.az