56 insan böyrəyini satmaqda ittiham olunan ukraynalı qadın Polşada həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bildirilir ki, Polşada 2020-ci ildən beynəlxalq axtarışda olan 35 yaşlı Kseniya P. saxlanılıb.
Agentlik yazır ki, o, Ukrayna ilə dəmiryol keçidində sərhədçilər tərəfindən həbs edilib.
Qazaxıstanda qadının 2017-2019-cu illərdə qanunsuz olaraq orqan yığıb qara bazarda satan beynəlxalq cinayətkar qruplaşmada iştirakına görə 12 il həbs cəzası aldığı bildirilir.
Qurbanlar arasında Qazaxıstan, Azərbaycan, Ermənistan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan və Tailand vətəndaşları olub.
Xuraman Etibarlı
İnterpress.az