Araşdırmalara görə, beyin 44 yaşında qocalmağa başlayır.
İnterpress.az xəbər verir ki, yeni bir araşdırma beyində koqnitiv geriləmənin başladığı əhəmiyyətli bir yaş həddi müəyyən edib.
Məlumatların təhlili göstərib ki, orta hesabla qocalma əlamətləri 44 yaşında görünməyə başlayır.
67 yaşdan sonra bu proses sürətlənir, 90 yaşına qədər qocalma sürəti yavaşlayır.
Tədqiqatçılar müəyyən ediblər ki, yaşla beyin hüceyrələri insulinə həssaslığın azalması səbəbindən qlükozanı daha pis qəbul edir. Bu, neyronların enerji aclığına və idrakın pisləşməsinə səbəb olur.
Xuraman Etibarlı
İnterpress.az